Xəzər Xəbər

İsmayıllıya istirahətə gələn Xırdalan sakini göldə batıb

Region | 11:25 • 10 İyul 2021
İsmayıllıya istirahətə gələn Xırdalan sakini göldə batıb

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib. 

İsmayıllıya istirahətə gələn Abşeron rayonu Xırdalan şəhər sakini 1963-cü il təvəllüdlü Qəhrəmanov Həsən Əli oğlu rayonun İstisu kəndi ərazisindəki göldə çimərkən suda boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır. (APA)

Xəbər lenti