Xəzər Xəbər

Şəkidə 1 ton 500 kiloqram narkotik bitki məhv edilib

Region | 10:39 • 18 May 2021
Şəkidə 1 ton 500 kiloqram narkotik bitki məhv edilib

Şəkidə 1 ton 500 kiloqram narkotik vasitə məhv edilib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər lenti