Xəzər Xəbər

Saatlı rayon sakini ov tüfəngini polisə təhvil verib

Region | 10:27 • 18 May 2021
Saatlı rayon sakini ov tüfəngini polisə təhvil verib

Saatlı rayon sakini sənədləri olmayan odlu silahı polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.

Xəbər lenti

Çox oxunanlar