Xəzər Xəbər

Şirvanda COVID-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb

Region | 15:12 • 25 Aprel 2021
Şirvanda COVID-19 virusuna yoluxan şəxs evini tərk edərkən saxlanılıb

Şirvanda evini tərk edən COVID-19 virusuna yoluxan şəxs saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Abdullayev Amid Rəhman oğlu COVID-19 testinin nəticəsi pozitiv olduğu halda yaşadığı ünvanı tərk etdiyindən polis tərəfindən saxlanılıb. Xüsusi mühafizə geyimində olan polis əməkdaşları təcili yardım vasitəsilə onu yaşadığı mənzilə qaytarıblar. Polis əməkdaşları tərəfindən həmin şəxslə profilaktik söhbətlər aparılıb, ona izah edilib ki, bu hərəkətləri ilə o, digər sağlam şəxsləri yoluxdurmaqla virusun yayılmasına risklər yaradır.

Faktla bağlı polis şöbəsində tədqiqat başlanılıb.

Xəbər lenti

Çox oxunanlar