Xəzər Xəbər

ANAMA: Minalanmış ərazilərin xəritəsinin verilməməsi təmizləmə işlərində çətinliklər yaradır

Region | 16:28 • 22 Aprel 2021
ANAMA: Minalanmış ərazilərin xəritəsinin verilməməsi təmizləmə işlərində çətinliklər yaradır

Suqovuşanda düşmənin basdırdığı 15 mina xətti var. Minaların sıxlığının çox yüksək olması və Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsi təmizləmə işlərində çətinliklər yaradır. Həmçinin minaların ətrafına səpələnmiş metal qırıntıları işlərin aparılmasını çətinləşdirən süni maneələrdir. 

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) regional əməliyyat meneceri Ramil Əzizov deyib.

Onun sözlərinə görə, tank əleyhinə minaların çoxunun plastik materialdan olması və düşmən tərəfindən tələlərin yaradılması minalardan təmizləmə işlərini çətinləşdirir.

Ramil Əzizov işğaldan azad edilmiş ərazilərə getməyin mülki şəxslər üçün həyati təhlükə olduğunu bildirərək, vətəndaşları belə səfərləri etməməyə çağırıb.

Xəbər lenti

Çox oxunanlar