Xəzər Xəbər

Samuxda yanğın olub, xəsarət alanlar var

Region | 14:34 • 19 Aprel 2021
Samuxda yanğın olub, xəsarət alanlar var

Samux rayonunun Çobanabdallı kəndində ümumi sahəsi 60 kv.m olan birmərtəbəli köməkçi tikilidə yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, içərisində həcmi 25 litr olan məişət qaz balonundan sızan qaz və məişət əşyaları 3 kv.m sahədə yanıb.

Yüksək temperaturdan tikilinin lambirindən ibarət tavanı 15 kv.m sahədə əriyib. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti