Xəzər Xəbər

Yol polisi reyd keçirib, 30 sürücü cərimələnib

Region | 14:25 • 19 Aprel 2021
Yol polisi reyd keçirib, 30 sürücü cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsi və Kürdəmir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tədbirlər planına uyğun olaraq rayon ərazisində təhlükəsizlik kəmərindən, eləcə də avtomobillərin işıq cihazlarından düzgün istifadə etməyən sürücülərə qarşı reyd keçiriblər.

Xezerxeber.az xəbər verir ki, reyd zamanı yol polisi əməkdaşları sürücülərlə yol hərəkəti qaydalarına ciddi əməl olunması ilə əlaqədar profilaktik söhbətlər aparıblar. Ümumilikdə 50-yə yaxın sürücü saxlanılıb. Onlardan 30 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələr tətbiq olunub.

Xəbər lenti