Xəzər Xəbər

Həyətdə 30 ədəd çətənə kolu aşkarlanıb - Sabirabadda

Region | 16:23 • 19 Aprel 2021
Həyətdə 30 ədəd çətənə kolu aşkarlanıb - Sabirabadda

Sabirabad rayon sakininin həyətindən 30 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Qaralar kənd sakini A.Nuriyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti