Xəzər Xəbər

Media və QHT rəhbərləri, blogerlər Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar

Region | 14:07 • 13 Mart 2021
Media və QHT rəhbərləri, blogerlər Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda səfərdədirlər. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Xezerxeber.az xəbər verir ki, əvvəlcə Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanışlıq olub.

Daha sonra səfər iştirakçıları ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Səfər davam edir.

Xəbər lenti