Xəzər Xəbər

Xaçmazda yük avtomobilinin vurduğu piyada ölüb

Region | 09:49 • 23 Noyabr 2020
Xaçmazda yük avtomobilinin vurduğu piyada ölüb

Noyabrın 22-si gecə saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az xəbər verir ki, rayon sakini Şahin Qocayev yolu keçərkən "TİR" markalı yük maşını tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti