Xəzər Xəbər

Ağdaşda ağır qəza - 1 ölü, 1 yaralı var - FOTO

Region | 10:57 • 31 İyul 2020
Ağdaşda ağır qəza -

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Göyçay rayonunun Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Siyavuş Qafurovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili qarşı tərəfdən gələn Ağdaş sakini, 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Hyundai” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı göyçaylı sürücü Siyavuş Qafurov ağır xəsarətlər alaraq dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Göyçay sakini 1973-cü il təvəllüdlü Habil Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi faktla bağlı araşdırma aparır. (AZƏRTAC)

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024