Xəzər Xəbər

Göyçayda 79 yaşlı qadın evində yanaraq ölüb

Region | 12:11 • 31 İyul 2020
Göyçayda 79 yaşlı qadın evində yanaraq ölüb

Göyçay rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.


Bu gün saat 11:00 radələrində rayonun Ləkçıplaq kəndində 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə yanğın olub.


Hadisə zamanı ev yanaraq yararsız hala düşüb, ev sahibi yanaraq, ölüb.

Ailə üzvləri hadisədən gec xəbər tutub. Alov qısa vaxtda evi tam əhatə etdiyi üçün qadını evdən çıxarmaq mümkün olmayıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti