Xəzər Xəbər

Göygöldə ər-arvad avtomobildə yanaraq ölüb

Region | 16:49 • 30 İyul 2020
 Göygöldə ər-arvad avtomobildə yanaraq ölüb

Göygöldə avtomobil yanıb.


Hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb.


Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.


Onların ər-arvad olduğu bildirilir.


Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (APA)


Xəbər lenti