Xəzər Xəbər

Sabirabadda “VAZ-21011” markalı avtomobillə vurulan piyada ölüb

Region | 16:50 • 29 İyun 2020
Sabirabadda “VAZ-21011” markalı avtomobillə vurulan piyada ölüb

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Sabirabad rayonunun Surra kəndi ərazisində yolu keçən kənd sakini Mehman Nağıyev Kovlar kənd sakini S.Ağayevin idarə etdiyi "VAZ-21011” markalı avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Hadisə ilə bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti