Xəzər Xəbər

Yol polisi postunda narkotik aşkarlanıb

Region | 17:42 • 29 İyun 2020
Yol polisi postunda narkotik aşkarlanıb

Baş Dövlət Yol Polisi İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 28-də saat 1 radələrində Yevlax-Zaqatala yolunda yerləşən Yol Patrul Xidməti Alayının postunda Balakən rayon sakini C.Əbəciyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü və sərnişini - Gəncə şəhər sakini R.Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə gətiriliblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, onların üzərində axtarış aparılan zaman R.Məmmədovdan 3,5 kiloqram marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti