Bakı 24 ℃
Xəzər Xəbər
USD 1.7

Beyləqanda ağır yol qəzası baş verib, ata ölüb, oğlu xəsarət alıb

Region | 12:36 • 29 May 2020
Beyləqanda ağır yol qəzası baş verib, ata ölüb, oğlu xəsarət alıb

Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi "QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.


Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti