Xəzər Xəbər

Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb, 6 nəfər xəsarət alıb

Region | 10:27 • 15 Yanvar 2018
Biləsuvarda sərnişin avtobusu qəzaya düşüb, 6 nəfər xəsarət alıb

Biləsuvar rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

Hadisə bu gün səhər saatlarında rayonun giriş hissəsində qeydə alınıb.

Belə ki, LənkarandanBakı istiqamətində hərəkətdə olan sərnişin daşıyan mikroavtobusla "Mersedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. YaralılarBiləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti

Çox oxunanlar