Xəzər Xəbər

Kabildə baş nazirin iştirak etdiyi tədbirə terror hücumu - VİDEO

Müsahibə | 12:42 • 6 Mart 2020
Kabildə baş nazirin iştirak etdiyi tədbirə terror hücumu -

Əfqanıstanın paytaxtı Kabildə siyasi liderlərin də iştirak etdiyi anma mərasiminə silahlı və bombalı hücum olub.

Bu barədə 1TV xəbər yayıb.

Məlumata görə, silahlı hücum mücahidlərin lideri Abdulla Əli Məzarinin ölümünün ildönümü mərasimində baş verib.

Tədbirdə Əfqanıstanın baş naziri Abdulla Abdulla da iştirak edib.

Hadisənin təfərrüatları məlum deyil. Qurbanlar və zərərçəkənlər barədə məlumat verilməyib.

Xəbər lenti