Xəzər Xəbər

Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi AÇILACAQ

Mədəniyyət | 16:15 • 31 Yanvar 2024
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi

Heydər Əliyev Mərkəzi əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhval-ruhiyyəsi bəxş edən əsərlərdən ibarət sərginin təqdimatına hazırlaşır.

Xeserxeber.az xəbər verir ki, fevralın 14-də açılacaq “Ümid sınağı” (“Crucible of hope”) sərgisində rəssam Kojo Marfonun 20-dən çox əsəri nümayiş olunacaq.

Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks olunmasına səbəb olub. Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.

Heydər Əliyev Mərkəzində sərgilənəcək əsərlər qanalı rəssamın uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində isə bir-birinə məharətlə bağlanan məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Marfonun əsərləri cəmiyyət üçün güzgü funksiyasını daşıyır, dərin düşüncələrin yaranmasına ilham verir. Rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirən bu sərgi ziyarətçilərə Marfonun özünün hansı düşüncələrə malik olduğunu anlamağa fürsət yaradır.

Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024