Xəzər Xəbər

Rasim Balayev: Biz kinonu birliyimizlə yaşatmalıyıq

Mədəniyyət | 14:38 • 5 Mart 2024
Rasim Balayev: Biz kinonu birliyimizlə yaşatmalıyıq

“Azərbaycan kinosu reanimasiyadadır. Onu diriltmək mümkündür. Mən buna inanıram. Hamımız inanmalıyıq”.

Xezerxeber.az xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

“Bizi yaşadan kinodur. Biz kinonu birliyimizlə yaşatmalıyıq. Ayağımda hazırda problem var, axsayıram. Bu zədə kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban vermişik. Biz Azərbaycan kinosunu yenidən öz relsinə salacağıq", - deyə Rasim Balayev qeyd edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilən Rasim Balayev çıxışında ona etimad göstərənlərə təşəkkürünü bildirib.

Xəbər lenti

Çox oxunanlar