Xəzər Xəbər

Azad edilmiş ərazilərdə abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanıb

Mədəniyyət | 17:31 • 19 May 2022
Azad edilmiş ərazilərdə abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanıb

Azad edilmiş ərazilərdə 404 abidə, 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb.

2020-ci ilin noyabrından bu günə kimi Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü artıq aşkarlayıb.

Xezerxeber.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, işğaldan azad olubmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkar edilib, siyahıya alınıb: “Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Bu proses davamlı olaraq həyata keçirilməkdədir”.

Nazir əlavə edib ki, aşkar edilmiş abidələr dağıntıya məruz qalma nisbətlərinə və əhəmiyyətinə görə qruplaşdırılır. Bu qruplaşdırmadan sonra artıq həmin abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanmalıdır ki, biz də nazirlik səviyyəsində artıq bunu etmişik.

Onun sözlərinə görə, yalnız bundan sonra bərpa işləri planlı şəkildə inkişaf edə bilər: “Bu prosesdə bizə Heydər Əliyev Fondu, Şuşa Dövlət Qoruğu, Prezidentin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəlikləri yaxından kömək edir", - deyə nazir vurğulayıb.

Xəbər lenti