Xəzər Xəbər

Bu gün bu yerləri ziyarət pulsuzdur

Mədəniyyət | 09:25 • 18 May 2022
Bu gün bu yerləri ziyarət pulsuzdur

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Xezerxeber.az xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub. Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Xəbər lenti