Xəzər Xəbər

Azad olunmuş ərazilərdə abidələrin vəziyyəti barədə məruzə edilib

Mədəniyyət | 10:30 • 4 Oktyabr 2021
Azad olunmuş ərazilərdə abidələrin vəziyyəti barədə məruzə edilib

BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi ilə bağlı dördüncü dövrü məruzəsinin təqdimatı onlayn formatda təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən iclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində ölkəmizin humanitar, iqtisadi və mədəni irsin dağıdılması kimi böyük fəlakətlə üzləşməsi haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, işğal nəticəsində tarixi abidələrin, mədəni irs obyektlərinin əksəriyyəti dağıdılaraq yer üzündən silinib.

Xəbər lenti