Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Kann Festivalı təxirə salındı

Mədəniyyət | 432 | 14:58 • 15 May 2020
Kann Festivalı təxirə salındı

Hər il mayın 12-də başlayan Kann Festivalı COVID-19 epidemiyasına görə iyun və iyul aylarına təxirə salınmışdı.


COVID-19 pandemiyasına görə 73-cü Kann Festivalı yenidən qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bu haqda festivalın əsas nümayəndəsi Tyeri Fremo (Thierry Fremaux) məlumat verib.


Kann Festivalının prezidenti Pyer Lökür (Pierre Lescure) isə festivalın qeyri-müəyyən vaxta qədər təxirə salınmasını kino mütəxəssisləri, eləcə də kinosevərlər üçün ürəkdağlayıcı xəbər olduğunu bildirib.


Beləliklə, "BlacKkKlansman” filminin direktoru, eləcə də münsiflər heyətinin ilk afro-amerikalı prezidenti Spike Leenin sədrliyi ilə 73-cü Kann Festivalı 2021-ci ilə qədər təxirə salınıb.


Spike Lee bu il festivala müsabiqədən kənar göstəriləcək "Da 5 Blood” yeni filmini gətirməli idi, Paul Verhoevenin (Elle) yeni filmi "Benedetta” da 2021-ci il rəsmi seçimini gözləyəcək.


Festivalın rəsmi tam seçimi iyunun əvvəllərində elan ediləcək, ancaq nə münsiflər heyəti, nə də mükafatlandırma olmayacaq. Bu il festival üçün seçimə 1500 film təqdim olunduğu bildirilib.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
878 | 17:16 • 19 Aprel 2021