Xəzər Xəbər

Fransız rejissoru Jan-Pyer Moki vəfat edib

Mədəniyyət | 14:26 • 9 Avqust 2019
Fransız rejissoru Jan-Pyer Moki vəfat edib

Fransız rejissoru Jan-Pyer Moki 91 yaşında vəfat edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı "France-Press” agentliyi rejissorun ailəsinin bəyanatına istinadla yayıb.


Məlumatda deyilir ki, Moki avqustun 8-də Parisdəki evində yaxınlarının əhatəsində vəfat edib.


Jan-Pyer Moki karyerasına teatr və kino aktyoru kimi başlayıb. Onu Mikelancelo Antonioninin 1953-cü ildə çəkdiyi "Məğlub edilmişlər” filmindəki rolu məşhurlaşdırıb.


1963-cü ildə çəkdiyi "Məzəli mömin” komediyası isə ona bir rejissor kimi şöhrət qazandırıb. Jan-Pyer Moki "Solo” (1969), "Səfehlər üçün tələ” (1979), "Qızıl dib” (1985), "Salam” (1994), "Könüllü” (2006) və s. filmlərin rejissorudur. O, öz karyerası ərzində 60-dan çox bədii film çəkib. Mokinin filmlərində Jerar Depardye, Pyer Rişar, Burvil və Mişel Simon kimi aktyorlar çəkiliblər. O, dəfələrlə ssenarist, montajçı, prodüser və aktyor kimi çıxış edib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024