Xəzər Xəbər

Koronavirusdan sonra halsızlıq nə qədər davam edir? - Həkim-reanimatoloq aydınlıq gətirdi

Maraqlı | 16:23 • 18 May 2021
Koronavirusdan sonra halsızlıq nə qədər davam edir? - Həkim-reanimatoloq aydınlıq gətirdi

COVID-19-dan sağalanlar güclü halsızlıq, zəiflikdən şikayətlənirlər və həkimlərdən bunu aradan qaldıra bilən dərman soruşurlar. Lakin nəzərə almaq lazımdır ki, koronavirusdan sonra halsızlığın olması təbiidir.
 
XəzərXəbər xəbər verir ki, həkim-reanimatoloq Şahin Məmmədov sosial şəbəkədə bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, koronavirus xəstəliyi zamanı orqanizmin enerji resursları tükənir. Bir müddət ağrikəsicilərə tabe olmayan əzələ ağrıları yorğunluğu, əzginliyi, halsızlığı daha da artırır. İnsanlar təkcə fiziki yox, həm də zehni olaraq yorğun olurlar. Çünki COVID-19 bütün orqanizm üçün stres törədir:
 
"Bu kimi şikayətləri olan şəxslərə bildirmək istərdim ki, bu, müvəqiqətidir və 3-4 həftəyə keçib keçəcək. Buna görə dərman içmək lazım deyil. Sadəcə yuxuya nəzarət etmək, enerjiyə qənaət rejiminə keçərək çoxlu dincəlmək lazımdır. Bədənin bərpa olunmasının özünün enerji tələb edən proses olduğunu unutmayın. Çox ehtiyatla fiziki məşqlərə başlayın. Məsələn, sizə çətin deyilsə, 1-ci həftə hər gün 5 dəqiqə yeriyin. 2-ci həftə 10 dəqiqə, 3-cu həftə hər gün 15 dəqiqə, 4-cü həftə isə gəzintini 20 dəqiqəyə çatdırın.
 
Musiqiyə qulaq asın, sevimli məşğuliyyətinizə vaxt ayırın. Stresin törətdiyi psixoloji problemlər, yaddaş zəifliyi və kəskin ümumi zəiflik tədricən öz-özünə və dərmansız keçib gedəcək".

Xəbər lenti

Çox oxunanlar