Xəzər Xəbər

Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərclədi

Maraqlı | 11:10 • 29 Noyabr 2020
Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərclədi

ABŞ-da "Qara cümə” endirim günündə, ölkədəki istehlakçılar onlayn alış-verişdə ötən ilin rekordunu yeniləyiblər.


Bu barədə "Associated Press” xəbər verir.


ABŞ-ın 100 ən böyük pərakəndə satıcısından 80-də əməliyyatları izləyən "Adobe Analytics”in məlumatına görə, onlayn satışlar bir gün ərzində 9 milyard ABŞ dolların çatıb.


Keçən il bu rəqəm 7,4 milyard ABŞ dolları, 2018-ci ildə 6,2 milyard ABŞ dolları idi. Onlayn alış-verişə olan marağın artması bir çox ştatlarda pandemiya səbəbindən adi satış yerlərinin fəaliyyətində məhdudiyyətlərin olmasıdır.


Ən böyük tələb mobil cihazlar və müxtəlif məişət texnikasına olub. Əvvəlki illərlə müqayisədə alıcıların zinət əşyaları və ayaqqabılara marağı xeyli azalıb./report

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024