Xəzər Xəbər

Kriteriyalar DƏYİŞDİ: artıq bu şəxslər də koronavirus testindən keçiriləcək

Maraqlı | 15:16 • 8 İyun 2020
Kriteriyalar DƏYİŞDİ:

Türkiyədə qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə yanaşı, qoxu və dadbilmə qabiliyyətini itirənlər, boğaz, baş, əzələ ağrısı və ishal yaşayanlar da koronavirus testindən keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.

Nazirlik COVID-19 təlimatlarında dəyişikliklər edib və xəstəliyin təyin olunmasına dair yeni simptomlar əlavə olunub.

Bildirilib ki, bu simptomlardan ən az birini daşıyan vətəndaşlar testə cəlb olunacaq./publika.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024