Xəzər Xəbər

Facebook istifadəçilərinin sayı 2,5 milyarda çatıb

Maraqlı | 14:37 • 30 Yanvar 2020
Facebook istifadəçilərinin sayı 2,5 milyarda çatıb

Facebook sosial şəbəkəsinə müntəzəm daxil olan istifadəçilərin sayı bir ildə 8 faiz artaraq 2,5 milyard nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Facebook kompaniyasının korporativ hesabatında yer alıb. Qeyd olunan göstərici sosial şəbəkəyə ayda azı bir dəfə daxil olan istifadəçilərin sayını əks etdirir. Ötən ilin dekabrında 1,66 milyard nəfər Facebookdan gündə azı bir dəfə istifadə edib. Həmin göstərici il ərzində 9 faiz artıb.


Ötən il kompaniyanın gəliri 2018-ci ilə nisbətən 27 faiz artaraq 70,697 milyard dollar təşkil edib.

Xəbər lenti