Xəzər Xəbər

Ölüm: İnsanın təməl qorxusu nədən qaynaqlanır?

Maraqlı | 16:46 • 8 Sentyabr 2019
Ölüm: İnsanın təməl qorxusu nədən qaynaqlanır?

Qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?

Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bütün qorxuların kökündə ölümün dayandığını dilə gətirib:

"Qorxu insanın təməl instinktlərindən biridir. İnsanı bəzən fəaliyyətə zövq edir, bəzən isə fəaliyyətdən saxlayır. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir. Hələ insan ana bətnində olarkən belə ana uşağını itirməkdən qorxur. Uşaq dünyaya gəlib böyüdükcə insanın ölümdən qorxma instinkti də formalaşır.

Ümumiyyətlə, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Çünki heç bir insan ölmək istəmir. Həmçinin, bir çox psixoloji problemlər də məhz bu qorxuların fonunda yaranır. Təşviş, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır. Məsələn, insanların əksəriyyəti qapalı məkana, liftə və təyyarə minə bilmir. Uğurlu müqayisə olmasa da, deyəcəm ki, lift qəbirəoxşayır".

Psixoloq hesab edir ki, bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür:

"Qorxu hissi çox olan insanların fəaliyyətə sövq edilməsi əsas məsələdir. Məsələn, qəhrəmanvə ya müxtəlif yaxşı keyfiyyətlərə malik insanlar arasında müşahidələr aparsaq, onlarda ölüm qorxusunun az olduğunu görərik. Cəmiyyət belə insanlaraqibtə edir.

Ümumiyyətlə, hər bir insan öz düşüncəsinə, dünyagörüşünəuyğun olaraq qorxularla mübarizə aparır. Bu da instinktiv olaraq baş verir. Məsələn, insan ac qalanda həyatını itirməmək üçünhansısa formada bunun öhdəsindən gəlir.

Qorxuinsanı fəaliyyətdən saxlayırsa,onlara peşəkar dəstək göstərmək lazımdır. Psixoloq qorxunun patoloji səviyyəyə gələn məqamı ilə iş aparır. Yəni fərd özünə və ətrafında olan insanlara ziyan verir.

Qorxunun təməlini tapmaq üçün xüsusi analizlər aparmaq lazımdır. İnsan beynində o qorxunu həll edəndən sonra normal cəmiyyətə, həyata qayıdır. Amma bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür.

Qorxu hissi olmayan insanlarınpsixoloji problemləri var. Çünki hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hissləri daşımayaninsan təhlükəlidir. Məsələn, bir çox insanlar yalnız Allahdan qorxduğunu deyirlər. Bu qorxunun da olması önəmlidir. Çünki qorxu bəzən insanlara yol göstərir, bəzən isə yolundan edir".

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024