Xəzər Xəbər

Dəm çayını atmayın SAÇA İNANILMAZ FAYDALARI

Maraqlı | 14:07 • 15 Yanvar 2018
Dəm çayını atmayın

Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz.

XəzərXəbər ailem.az-a istinadən qara çayın saçlara faydalarını sadalayır.

Saçı gücləndirir

Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsinə səbəb olan DHT hormonunun ifrazını azaltmağa kömək edir. Saçların yıpranmasının və qoparaq tökülməsinin qarşısını alır.

Saç dərisini yaxşılaşdırır

Kəpək probleminiz varsa, çay tərkibindəki anti-inflamatuar sayəsində kəpəyi önləməklə qalmaz, saç diblərində yaranan qızartı və iltihabın sağalmasına kömək edər.

Saçınıza çay maskası vurun

Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024