Hindistanın Kerala Kənd Təsərrüfatı Universitetinin alimləri insan saçları üzərində apardıqları ilkin sınaqların nəticələrini elan ediblər.
İlkin tədqiqatlar zamanı müsbət nəticələr əldə edilib. Xammalı yerli bərbərxanalardan əldə edən mütəxəssislər insan saçlarını yuduqdan sonra qızdırır və tünd substansiya halına gətirirlər.
Analizin nəticələrində insan saçının tərkibində çox az miqdarda azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd olduğu aşkarlanıb.
Mütəxəssislər saçlardan hazırlanmış gübrənin sintetik gübrələrlə müqayisədə bitkilərə daha çox mikroorqanizm ötürdüyünü və inkişafı sürətləndirdiyini bildiriblər.
Yeni gübrə növünün yaradılmasında insan saçı ilə yanaşı, heyvanlara məxsus lələk, yun və buynuzlardan da istifadə edilməsi nəzərdə tutulub. Sözügedən gübrənin istehsalı kimyəvi gübrələrdən istifadəni xeyli azaldacaq.
Bu eyni zamanda Hindistanın bir çox şəhərlərində insan saçlarının sutəmizləmə sistemlərində yaratdığı problemləri də aradan qaldıracaq./publika.az