Xəzər Xəbər

200 milyon illik nəhəng cırcırama tapıldı

Maraqlı | 14:02 • 18 İyun 2017
200 milyon illik nəhəng cırcırama tapıldı

Çində 200 milyon illik nəhəng cırcırama böcəyi skeleti aşkar edilib.

Şinhua agentliyinin məlumatına görə, ölkənin şimal-şərqindəki Sincan Uyğur Muxtar Bölgəsində 2013-cü ildə aparılan arxeoloji qazıntılarda çıxarılan cırcırama skeleti üzərində aparılan işlərdə böcəyin 200 milyon il əvvəl yaşadığı müəyyən edilib.

Çin Elmləri Akademiyasının Paleontologiya və Geologiya İnstitutunun mütəxəssisləri bildiriblər ki, indiki cırcıramaların qanadlarının uzunluğu 3-9 santimetr arası dəyişir. Ancaq tapılan skeletin tək qanadının uzunluğu 10 santimetrdir.

Arxeoloji tədqiqatçılardan Cıng Darayın cırcırama qalıqlarını mühafizə etməyin çətin olduğunu, ancaq Sincanda olan skeletin vəziyyətinin yaxşı olduğunu deyib.

Həmin böcəyin təxminən 200 milyon əvvəl Trias dövründə yaşadığı qeyd olunub.

Dünyada aparılan arxeoloji qazıntılarla tapılan ən böyük cırcırama skeletinin qanad uzunluğu 71 santimetr olub. Onun 280 milyon il əvvəl Perm dövründə yaşadığı güman edilir./publika.az

Xəbər lenti

Çox oxunanlar