Xəzər Xəbər

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat | 09:22 • 1 Oktyabr 2022
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,17ABŞ dolları və ya 1,26% azalaraq, 91,68 dollar təşkil edib.