Xəzər Xəbər

Avropanın ən güclü AES-i fəaliyyətə başlayıb

İqtisadiyyat | 09:29 • 1 Oktyabr 2022
Avropanın ən güclü AES-i fəaliyyətə başlayıb

Finlandiyadakı Olkiluoto atom elektrik stansiyasının üçüncü reaktoru (Olkiluoto-3) uzunmüddətli gecikmədən sonra fəaliyyətini bərpa edib.

“Le Matin” saytının xəbərinə görə, AES-in dekabrdan etibarən tam gücü ilə işləməsi planlaşdırılır. Finlandiya hökumətinin bəyanatında göstərilir ki, Olkiluoto-3 gücünə görə Avropada birinci, dünyada isə ikincidir. 

Stansiyanın istismara verilməsində məqsəd qış fəslində gözlənilən enerji böhranının qarşısını almaqdır. Olkiluoto AES Finlandiyanın enerjiyə tələbatının təxminən yarısını ödəmək gücündədir.

Areva-Siemens konsorsiumunun inşa etdiyi üçüncü reaktorun tikintisi texniki və maliyyə problemlərinə görə 12 il gecikmə ilə bu ilin martında başa çatıb. İl ərzində reaktorun bir neçə sınağı həyata keçirilib.

Xəbər lenti