Xəzər Xəbər

Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi RƏSMİ AÇIQLAMA

İqtisadiyyat | 15:31 • 20 Sentyabr 2021
Repetitorların 20 faiz vergi ödəyəcəyi məsələsinə aydınlıq gətirildi

Sosial şəbəkələrdə repetitorluqla məşğul olan müəllimlərin gəlirdən xərclər çıxıldıqdan sonra qalan məbləğin 20 faizini vergi kimi ödəyəcəkləri barədə məlumatlar yayılıb.

Mövzu ilə əlaqədar Trend-in sorğusunu cavablandıran Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov repetitor fəaliyyəti göstərənlərin hər zaman vergiyə cəlb olunduqlarını bildirib:

“Qanunvercilikdə heç bir yeni bir dəyişiklik yoxdur. Sahibkarlıq fəaliyyəti göstərən hər bir şəxs vergiyə cəlb olunur. Əgər kurs açılıbsa, məktəbdən kənar fəaliyyət göstərilirsə, dövlətə vergi ödənməlidir”

Qeyd edək ki, Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən, bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir.

Xəbər lenti

Çox oxunanlar