Xəzər Xəbər

Qazın qiyməti bahalaşdı - 1000 kubmetri bu qədər oldu

İqtisadiyyat | 15:13 • 20 Sentyabr 2021
Qazın qiyməti bahalaşdı - 1000 kubmetri bu qədər oldu

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarını ötüb.

Bu barədə ICE London qitələrarası birjası xəbər verir.

Məlumata görə, 20 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti hazırda 860,2 dollar təşkil edir. Hərracların açıldığı vaxt bu göstərici 790,6 dollar idi.

Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini ötüb./apa

Xəbər lenti