Xəzər Xəbər

Türkiyədə ərzaq qiymətlərini tənzimləmək üçün yeni qanun qəbul ediləcək

İqtisadiyyat | 15:51 • 20 Sentyabr 2021
Türkiyədə ərzaq qiymətlərini tənzimləmək üçün yeni qanun qəbul ediləcək

Bu il Türkiyədə bahalaşmanın 20 faizdən yüksək olması hökuməti qida bazarında möhtəkirliyə qarşı mübarizəni gücləndirməyə məcbur edib. Türkiyə hökuməti bu məqsədlə ayrıca bir qanun qəbul etməyi planlaşdırır.

Türkiyə mediası xəbər verir ki, "Hal qanunu” adlanan yeni layihə bəzi meyvə və tərəvəz məhsullarının ticarətinin tənzimlənməsini nəzərdə tutur. 

Qiymətlərdə artımın böyük olması əhalinin azgəlirli hissəsinin vəziyyətini bir qədər də ağırlaşdırıb. Aparılan araşdırmalar göstərir ki, qiymət artımları iqtisadi amillərlə bərabər qeyri-iqtisadi xarakterli faktorların da təsiri ilə yüksəlir. Rəsmi orqanlar hesab edir ki, Türkiyədə son aylarda möhtəkirliyin güclənməsi, qiymətlərə spekulyativ təsirlərin artması müşahidə edilir. Bu cür qeyri-iqtisadi təsirləri aradan qaldırmaq üçün hökumət sözügedən qanunu parlamentə göndərib. 

Qanun layihəsi parlementdə oktyabrın 1-dən sonra müazakirəyə çıxarılacaq. Bu qanun qəbul ediləndən sonra hökumət müxtəlif vasitələrlə xərcləri azaltmaqla bazarda qiymət sabitliyini təmin edəcək. Tənzimləmə siyasəti aralıq inflyasiyasının azalmasına və qiymət möhtəkirliyinə qarşı hüquqi müstəvidə mübarizənini gücləndirilməsinə şərait yaradacaq. 

Rəsmilər bu qənaətdədir ki, qanun qiymətlərin formalaşmasında spekulyativ təsirləri minimuma endirməyə imkan verəcək. 

Yeni qanun çox böyük qiymət artımlarının qarşısını almaq üçün məhsulun istehsalçıdan istehlakçıya çatdırılma prosesinin sadələşdirilməsinə hüquqi imkan yaradacaq. Hökumət vasitəçilik xərclərini azaldacaq və bununla daha çox bahalaşan qida məhsullarının qiymətlərinin enməsinə çalışacaq. /Sfera.az 

Xəbər lenti

Çox oxunanlar