Xəzər Xəbər

İraq ABŞ-a ixrac etdiyi neftinin qiymətini artırıb

İqtisadiyyat | 11:12 • 11 Yanvar 2021
İraq ABŞ-a ixrac etdiyi neftinin qiymətini artırıb

Səudiyyə Ərəbistanından sonra İraq da Asiya bazarı üzrə xam neft qiymətlərini artırıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, İraq ABŞ-a ixrac neftinin qiymətini də artırıb, Avropaya tətbiq olunan bütün tariflər isə azaldılıb.


OPEC-in ikinci ən böyük istehsalçısı olan İraq Bəsrə yüngül xam neft qiymətlərini Asiya bazarına fevral ayı üzrə qiymətini 70 sent artırıb. İraq, həmçinin Asiya bazarı üçün Bəsrə orta və ağır xam neft qiymətlərini də artırıb.


ABŞ-a tədarük edilən bəzi neft növlərinin qiymətləri də artıb, Avropa bazarı üçün bütün neft növlərinin qiyməti 80 sent azaldılıb.


Qeyd edək ki, İraq sentyabr ayında da Səudiyyə Ərəbistanından sonra qiymətləri artırmağa qərar vermişdi.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024