Xəzər Xəbər

4 bankın əmanətçilərinə 600 milyon manat kompensasiya ödənilib

İqtisadiyyat | 10:40 • 28 Noyabr 2020
4 bankın əmanətçilərinə 600 milyon manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu "Atabank”, "Amrah Bank”, "AGBank” və "NBC Bank” ASC-lərin 23,9 min qorunan əmanətçisinə 597,558 milyon manat kompensasiya ödəyib.


Fondan Xezerxeber.az-a verilən məlumata görə, "AGBank”ın 4,5 min əmanətçisinə 105,4 milyon manat, "NBC Bank”ın isə 4,1 min əmanətçisinə 225,5 milyon manat, "Atabank”ın 9,6 min əmanətçisinə 234 milyon manat, "Amrah Bank”ın 5,7 min əmanətçisinə isə 138 milyon manat kompensasiya ödənilib.


"Atabank” və "Amrah Bank”ın əmanətçilərinə kompensasiyalar nağdsız qaydada "Kapital Bank”ın 35 filialında ödənilir.


"AGBank” və "NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi isə nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı”nın 20 filialında həyata keçirilir.


Sevinc Yasinqızı

Xəbər lenti