Xəzər Xəbər

Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

İqtisadiyyat | 12:47 • 26 Avqust 2020
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib?

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu "Atabank”, "Amrah Bank”, "AGBank” və "NBC Bank” ASC-lərin20,5min qorunan əmanətçisinə484,3milyon manat kompensasiya ödəyib.

XəzərXəbər xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Atabank”ın8,5min əmanətçisi 193,3 milyon manat, "Amrah Bank”ın 5,3 min əmanətçisi127,2milyon manat, "AGBank”ın 3,3 min əmanətçisi 60,3 milyon manat, "NBC Bank”ın isə3,5min əmanətçisi103,5milyon manat kompensasiya alıb.

"Atabank” və "Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə35filialda ödənilir.

"AGBank” və "NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə20filialda ödənilir.

"Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Xəbər lenti