Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 12-də gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.