Xəzər Xəbər

Bu yolda rənglənmə aparılacaq

İqtisadiyyat | 17:50 • 16 Dekabr 2019
Bu yolda rənglənmə aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə xezerxeber.az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar