Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda 1304 ədəd yeni minik avtomobili istehsal olunub

İqtisadiyyat | 469 | 12:48 • 6 Sentyabr 2019
Azərbaycanda 1304 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 161,5 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 13,6 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 7,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 28,3 faiz azalıb.

Dövr ərzində 837 ədəd traktor, 1304 ədəd minik avtomobili istehsal olunub.

2019-cu ilin yanvar-iyun aylarında ölkəyə 16965 ədəd minik avtomobili, 1593 ədəd yük avtomobili, 101 ədəd avtobus idxal olunub. (Trend)

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021