Xəzər Xəbər

Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA

İqtisadiyyat | 16:46 • 4 İyun 2019
Azərbaycanda POS-terminallar niyə işləmir? - AÇIQLAMA

Yaxın gələcəkdə onlayn kassa tətbiq olunacaq.

XəzərXəbər-in məlumatına görə, bunu Vergilər nazirininmüavini Sahib Ələkbərov "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, hazırda bu, test rejimində tətbiq olunmağa başlayıb:

"Nazirlər Kabinetinin hazırladığı qrafikə görə, bu aparatlar təsdiq olunacaq. Məqsəd sahibkarların üzərinə əlavə yükün düşməməsidir. Amma bu sahədə problemlər çoxdur. Bu problemlər, əsasən, vərdişlərlə bağlıdır. Bu vərdişlər çoxdan formalaşıb və birdən-birə dəyişmək də çətindir. Amma biz uzun müddət oturub gözləyəbilmərik”.

SahibƏləkbərov POS-terminalların işləməməsindən də danışıb.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayı azalaraq, 80 mindən 67 minə düşüb:

"Milli Məclisdə POS-terminallarln işləməməsi ilə bağlı məsələ qaldırıldı. POS-terminallar ölkədə 10 ildən artıqdır tətbiq olunmağa başlayıb. Ölkədə POS-terminalların və kartların sayı kifayət qədərdir, amma bunlar işləmir.

Ölkəmizə gələn turistlərin sayı artır. Amma onlar POS-terminalları görməyəndəpulxərcləyə bilmir. Biz artıq beynəlxalq tədbirlər keçirən ölkəyik. Nə üçün bu problemlər olmalıdır? Bu çatışmazlığı qısa müddətdə həll etməliyik”.

Xəbər lenti