Məhəmməd Hadi küçəsi, 51 ünvanında ("Ukrayna dairəsi” yaxınlığı) yolun altından keçən 500 millimetrlik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün "Azərsu” ASC tərəfindən qazıntı işləri aparılır. Qazıntı-bərpa işlərinin iyunun 1-dək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.