Xəzər Xəbər

Avtobusların idxalı 2020-ci il yanvarın 1-dək ümumi qaydada ƏDV-yə cəlb olunur

İqtisadiyyat | 14:08 • 12 Fevral 2019
Avtobusların idxalı 2020-ci il yanvarın 1-dək ümumi qaydada ƏDV-yə cəlb olunur

Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, sərnişindaşıma ilə məşğul olan müəssisə bu ildən avtobus idxal edəcəyi təqdirdə bununla bağlı güzəşt nəzərdə tutulurmu?


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, sürücü daxil olmaqla 10-dan çox insanı daşımaq üçün nəzərdə tutulmuş, sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilib. Bu səbəbdən, avtobusların idxalı 2020-ci il yanvarın 1-dək ümumi qaydada ƏDV-yə cəlb olunur.


2020-ci ilin yanvarın 1-dən tətbiq olunacaq bu azadolma benzin və dizel yanacağı ilə işləyən avtobusların idxalına şamil edilmir.

Xəbər lenti