Xəzər Xəbər

Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb

İqtisadiyyat | 13:49 • 22 Yanvar 2019
Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb

Bu il yanvarın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 842 mini keçib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,3 faiz), Aran (20,5 faiz), Gəncə-Qazax (13,7 faiz) və Lənkəran (10 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.


Fərdi sahibkarların 78,5 faizini kişilər, 21,5 faizini isə qadınlar təşkil edib. Sahibkar qadınların 32,4 faizi Bakıda, 17,2 faizi Aran, 16,5 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23 faiz), Gəncə-Qazax (26 faiz) və Lənkəran (22,7 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Xəbər lenti