Xəzər Xəbər

Azərbaycan Komi Respublikasından oduncaq satın alır

İqtisadiyyat | 19:54 • 5 Yanvar 2019
Azərbaycan Komi Respublikasından oduncaq satın alır

Azərbaycan Rusiya Federasiyasının Komi Respublikasının 2018-ci ildə ən çox oduncaq ixrac etdiyi ölkələr sırasındadır.


AZƏRTAC Komi Respublikasının yerli KİV-lərinə istinadla xəbər verir ki, RF-nin bu subyekti il ərzində bir milyon kubmetrdən çox taxta-şalban ixrac edib.


Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) Komi üzrə idarəsindən verilən məlumata görə, respublika 2018-ci ildə 1 milyon 100 min kubmetrdən çox oduncaq ixrac edib. Komi Respublikasından taxta-şalbanın əsas idxalatçıları Azərbaycan, İtaliya, Özbəkistan, Çin, İraq, Latviya, Koreya və Misirdir. Göndərilən məhsulun hamısı idxalatçı ölkələrin fitosanitar tələblərinə cavab verib.

Xəbər lenti