XəzərXəbər-in məlumatına görə,Vergi Məcəlləsində edilmiş, dəyişikliklərdən biri də,ödəmə mənbəyində vergi ilə bağlı yeni vergi dərəcələrinin tətbiq olunmasıdır
Ödəmə mənbəyində vergi-Yeni Əlvələr
Vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə aşağıdakı mallar müqabilində ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəməmənbəyində 2% dərəcə ilə vergi tutmağa borcludurlar.
1.kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
2.əlvan və qara metal qırıntılarının qəbulu;
3.utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu./Fins.az